GADTB başqanı Əjdər Tağızadənin Azərbaycan ordusunun zəfəri ilə bağlı təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Azərbaycan ordusunun yeni zəfəri, Zəngilanın ardınca Qubadlının erməni işğalından azad edilməsi münasibətilə Azərbaycan dövləti, Azərbaycan Azərbaycan türk milləti və dünya türklərini təbrik etməklə yanaşı Vətən Müharibəsinin Azərbaycanın bütün işğal olunmuş torpaqlarının azad edilməsinədək davam edririlməsi zərurətini qeyd edib.

Bildirişdə qeyd edilib ki, bu gün Türkiyənin Azərbaycanın yanında olması, türk F-16 təyyarələrinin Azərbaycana mənəvi dəstək olaraq ölkəmizdə olması, eləcə də Güney Azərbaycanda Azərbaycan türk millətinin Araz boyu ərazilərdə Azərbaycan ərazilərinin azad edilməsini sevinclə qarşılaması və Azərbaycan əsgərini salamlaması bütöv Azərbaycanın və Türk Dünyasını Ali Baş Komandanın ətrafında birləşdiyini və Azərbaycanı ordusunun işğal olunmuş ərazilərimizi işğaldan azad etməsinə dəstəyinin göstəricisidir. Güney Azərbaycan İran rejiminin bütün həbs və işgəncəsinə baxmayaraq Ali Baş Komandanın arxasında birləşib və bütün torpaqlarmızın erməni işğalından azad edilməsini arzu edir. GADTB də bu haqq işdə Azərbaycan prezidenti və Azərbaycan ordusunun yanındadır.

Bu gün Azərbaycan və türk düşməni olan Rusiya və İran hər vasitə ilə Azərbaycanın əlehinə planlar cızır. Güney Azərbaycanda İran vasitəsilə işğalçı Ermənistana silah-sursat daşınmasına eriraz edən azərbaycanlılar İran rejimi tərəfindən vəhşicəsinə işgəncə edilib, həbsə atılırlar. İran rejimi Araz qırağına ordu yeritməklə işğalçı Ermənistana dəstək vermək istəyir. Lakin rejim belə ağılsızlıq etsə türk dövlətləri ilə yanaşı, Güney Azərbaycanı da öz qarşısında görəcək.

Yaşasın Azərbaycan ordusu!

Qarabağ Azərbaycandır!

Əjdər Tağızadə

Güney azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Bir cavab yazın