Şənbə , Sentyabr 7 2024
azfa

Ermənilər işğal edilmiş ərazilərdə qəbirlərdən ölülərin qızıl dişlərini çıxardıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, məşhur azərbaycanlı fotoqraf Reza Deqati fevralın 6-ı diplomatik korpusların Azərbaycanda akkreditə olunmuş nümayəndələrinin və hərbi attaşelərin Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı deyib ki, mən dünyanın indiyə qədər bir çox münaqişə zonasında olmuşam. Bunlardan ən dəhşətlilərindən biri Qarabağdır. Burada ermənilər ağlasığmaz vəhşiliklər törədib.

O, Cəbrayıl şəhəri yaxınlığında yerləşən qəbiristanlığın dağıntılarıdan bəhs edib: “Mən 90-cı illərin əvvəllərində də burada olmuşam. İndiki vəziyyətlə əvvəlki arasında böyük fərq var. Ermənilər buranı vəhşicəsinə dağıdıblar. Onlar ölülərin qızıl dişlərini götürmək üçün kəllə sümüklərini xüsusi maşınla qazaraq çıxarıblar”.

Məşhur fotoqraf əlavə edib ki, Britaniya şirkətləri Füzuli və Cəbrayılın enerji layihələrinin iştirakında maraqlıdırlar.

R.Deqati daha sonra qonaqlara Cəbrayılın şəhər xarabalığını göstərərək ermənilərin hansı vəhşilikləri törətdiyindən detallı şəkildə danışıb.

R.Deqatinin Cəbrayıl şəhər Yay klubunun dağıntıları qarşısında şəhərin müharibədən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotoları nümayiş olunub.

Daha sonra Yay Klubunun dağıntıları arasında canlı skripka performansı nümayiş edilib.

Həmçinin yoxlayın

Səid Minai Tehran İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Səid Minai İnstaqram səhifəsində hakim Sələvati …

Molla rejimi ermənidən çox Azərbaycanala düşmən olduğu Zəngəzur dəhlizi məsələsində sübut edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ermənidən çox Azərbaycanala düşmən olduğu …