Çərşənbə , Avqust 12 2026
azfa

Ermənilər Kür və Araz çayına qədər işğal planlarına etiraf etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, erməni politoloq Levon Şirinyan deyib ki, “Dağlıq Qarabağ münaqişəsi müharibə ilə həll ediləcək. Proses bizim təhlükəsizliyimizin möhkəmlənməsi istiqamətində getməlidir. Heç kim indiyə qədər danışıqlarla əraziləri verməyib, yaxud almayıb”.

Şirinyan iddia edib ki, müharibə başlasa, erməni hərbi birləşmələri Kür-Araz çaylarına qədər əraziləri tutacaq.

O, “komandos” ləqəbli general Arkadi Ter-Tadevosyanın erməni ordusunun gücsülüyüzü haqqında dedikləri ilə razılaşmayıb. İddia edib ki, erməni hərbi birləşmələri müharibə aparmaq qabiliyyətindədir.

Qeyd edək ki, Ter-Tadevosyan David Tonoyanı səriştəsizlikdə günahlandıraraq qeyd edib ki, Ermənistanın müdafiə naziri ölkənin ictimai televiziyası vasitəsilə çıxış edərək böyük fikirlər səsləndirir, hərbi əməliyyatlardan danışır: “Bu, onun təcrübəsizliyindən və səriştəsizliyindən irəli gəlir. Əgər sənin xarici diplomatiyan istənilən səviyyədə deyilsə, hansı hərbi əməliyyatlardan danışmaq olar? İkincisi, bu gün Ermənistan ordusu hücum əmrini yerinə yetirmək gücündə deyil. Mən Tonoyana məsləhət görərdim bu cür bəyanatlarla özünü gülünc vəziyyətə saxlamasın. Bu yaxınlarda Meğridəki Aqarak batalyonunda nələrin yaşandığı hamınıza bəllidir. Bunlar sadəcə qığılcımdır”.

 

Həmçinin yoxlayın

Təqaüdçülər Güney Azərbaycan şəhərlərində etiraz aksyası keçiriblər

GADTB: Güney Azərbaycanın Həmədan və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri ənənəvi həftəlik etiraz aksiyası …

ABŞ və İranın 60 günlük atəşkəsin uzadılmasına razılaşdığı bildirilir

GADTB: Bu gün ABŞ və İranın 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyi bildirilib. Bununla …

Bir cavab yazın