Ermənilər Sovet dövrü xəritəsində Zəngəzurdan keçən yolu da danmağa çalışırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə 1987-ci ilin SSRİ Atlasında qeyd olunmuş avtomobil yollarının xəritəsini təqdim edib.

“Erməni tərəfi açıq-aşkar faktları rədd edərək, regionda avtomobil yollarının açılmasının nəzərdə tutulmadığını deyir. Aşağıda təqdim olunan SSRİ avtomobil yollarının atlasıdır. Orada Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qalan hissəsi ilə birləşdirən “324-cü” avtomobil yolu dəqiq göstərilmişdir. Faktlarla sübüt edilir ki, İrəvanın istinad etdiyi “Ermənistanın qlobusu” aktuallığını itirib. Ermənilərə coğrafiyanı köhnə sınanmış kartlar üzrə öyrənmək lazım gələcək”, – deyə Vəlizadə qeyd edib.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …