Ermənipərəst İran rejimi Süleyman Əlizadəni erməni təcavüzünü pislədiyinə görə həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, antiislan və ermənipərəst İran rejimi erməni təcavüzünü pislədiyinə görə azərbaycanlı milli-mədəni fəal Süleyman Əlizadə oktyabrın 18-də Təbrizdə yaxalanıb.

Hüquq fakültəsinin məzunu olan bu fəal həmin gün Tehran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilib və naməlum istiqamətdə aparılıb.

Qeyd edək ki, oktyabrın 18-də Güney Azərbaycan şəhərlərində Nurduzun bağlanması tələbi və İranın Ermənistana dəstəklərinə qarşı keçirilmiş aksiyada çoxlu sayda qadın milli fəal da tutulub.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

Bir cavab yazın