GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan Ordusunun Azərbaycana qarşı hərbi təcavüzünə davam edərək, Azərbaycanın Gəncə şəhərinə çox sayda raket atıb.
Ermənistanın raket hücumu nəticəsində Gəncədə yaşayış binası dağılıb, 40-dan çox yaralı var. 5 nəfər isə həlak olub.
Bakıda, Gəncədə, Bərdədə və Mingəçevirdə partlayış səsləri eşidilib. Gəncədə yaşayış binası dağılıb, üç mülki şəxsin öldüyü bildirilir, yaralılar var. Digər şəhərlərə atılan raketlər havada zərərsizləşdirilib.
Ağdamın atəşə tutulması nəticəsində isə mülki şəxs 1974-cü il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Gündüz Taryel oğlu həlak olub.