Çərşənbə , Oktyabr 21 2026
azfa

Ermənistan atəşkəsi pozaraq Azərbaycan ərazilərinə hərtərəfli hücuma keçib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün saat 12:00-dan Azərbaycan atəşkəs etsə də Ermənistan bütün istiqamətlərdə Azərbaycana qarşı hücuma keçib, Azərbaycanın yaşayış məntəqələrini, Tərtər, Goranboy, Ağdam, Füzuli və s. bölgələrdə atəşə məruz qoyub.

Ermənistan hərbi təcavüzü davam etdirərək öz ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adlı “Skad” (SCUD) ballistik raketini buraxıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında bildirib.

“Raket S-300 Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən məhv edilib. Raketin buraxılma anında təhqiramiz ifadələr səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır”, – PA rəsmisi qeyd edib.

Ermənistan həmçinin Goranboy və Füzuliyə raket atıb.  Bu barədə Prezidentin köməkçisi Hikmət Həsənov Tvitterdə qeyd edib. O bildirib ki, Füzuliyə atılan raket əkin sahəsinə düşüb:

“Bu raket Füzuli bölgəsinin kəndlərinə yönəldilib, lakin xoşbəxtlikdən əkin sahəsinə düşüb. Ermənistan bunu inkar etməyə davam edəcək. Ermənistan regional sülh və təhlükəsizliyə təhdid mənbəyi olaraq qalır. ANAMA ərazidə fəaliyyətini davam etdirir”.

Bundan əlavə, Hikmət Hacıyev Goranboya da raket atıldığını bildirib:

“Ermənistan Azərbaycanın Goranboy bölgəsinə raket atdı. ANAMA onu yerində zərərsizləşdirmək üçün lazımi əməliyyatı həyata keçirir. Ermənistan peşəkar yalanlarına davam edəcəkdir”.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın