Erməni baş nazirin ermənilərin soyqırım yalanı barədə etirafları

GADTB: Erməni lobbisinin qondarma “soyqırımı” iddiaları Ermənistanın ilk baş naziri Ovanes Kaçaznuni tərəfindən şəxsən təkzib edilib. Ermənistanın ilk baş naziri Ovanes Kaçaznuni tərəfindən 1923-cü ildə Buxarestdə baş tutan Daşnak Konqresində təqdim olunan məruzə həqiqətləri üzə çıxarıb. Osmanlı dövründəki hadisələrlə əlaqədar Kaçaznuni tərəfindən imzalanan hesabat, Türk Hava Qurumu tərəfindən rus dilindən türk dilinə tərcümə edilərək kitaba çevrilib.

Kitabdakı məlumatlar türklərin ermənilərə qarşı “soyqırımı” etdikləri iddialarını qəti şəkildə rədd edib. Yaxın tarixə işıq salan sənəd kimi Kaçaznuninin sözlərini özündə cəmləşdirən kitab, ermənilərin Osmanlı İmperiyasına qarşı xəyanətlərini də açıqlayıb.

İllərdir qondarma “soyqırıma” məruz qaldığını iddia edən və dünya ictimai rəyini boğmağa çalışan ermənilərin bütün tezislərini təkzib edən ermənilərin ilk baş nazirinin 128 səhifəlik hesabatında aşağıdakı təəccüblü açıqlamalara yer verilib.

Axar.az Publika.az-a istinadla O.Kaçaznuninin hesabatından bir sıra maraqlı hissələri təqdim edir:

“Biz sülhün qarşısını aldıq”

“Əməliyyata qatıldıq. 1914-cü ilin payızında, Türkiyə hələ döyüşən tərəflərdən birinə qoşulmadığında, Cənubi Qafqazda böyük səs-küylə və enerjili bir şəkildə erməni könüllü qoşunları yaradılmağa başlandı. Sadəcə bir neçə həftə ərzində erməni inqilabçı Daşnaksutyun Partiyası həm bu birliklərin yaradılmasında, həm də Türkiyəyə qarşı apardıqları hərbi əməliyyatlarda fəal iştirak etdi”

Biz sülhün qarşısını aldıq, türklərə qarşı üsyan qaldırdıq. Barışı sabotaj etmək üçün mübarizə belə aparmışıq. Artıq hamımız türklərin düşməni olan Antanta güclərinin düşərgəsində idik.

Türkiyədən “Dənizdən dənizə Ermənistan” tələb etməkdə idik. Müttəfiq dövlətlərin ordularını Türkiyəyə göndərmələri və suverenliyimizi təmin etmələri üçün Avropa və Amerikaya rəsmi çağırışlar etdik. Nəhayət, mövcud olduğumuz müddətdə Türklərlə davamlı olaraq mübarizə apardıq. Öldük və öldürdük. Artıq bundan sonra türklərə nə etibar aşılaya bilərik?

“Heç bir zaman dövlət ola bilmədik”

Həqiqətləri görə bilmədiyimiz hərbi əməliyyatlarda iştirak etdik. Aldadıldıq və Rusiyaya birləşdirildik. Yer dəyişdirmə doğru və lazımlı idi. Faktları görə bilmədik, hadisələrin səbəbkarı bizik. Türklərin milli mübarizəsi haqlıydı. Barışı rədd etdiyimiz və silahlanmağımız böyük bir səhv idi. Türklərə qarşı ayağa qalxdıq, üsyan etdik və vuruşduq. Sevr razılaşması gözümüzü kor etmişdi. Üsyanımızın təməlində müttəfiq dövlətlərin bizə vəd etdiyi “Böyük Ermənistan” xəyalı var idi. Ancaq heç bir zaman dövlət ola bilmədik. Türkiyə Ermənistanı adlanan bir dövlətin xəyaldan başqa bir şey olmadığını görə bilmədik. Ağlımız dumanlı idi, biz ermənilər qeyd-şərtsiz Rusiyaya yönəlmişdik. Heç bir əsas olmadan qələbə havasında idik. Sədaqətimizin, işimizin və köməyimizin qarşılığında Çar hökumətinin bizə Ermənistanın müstəqilliyini hədiyyə edəcəyinə əmin idik. Həqiqətləri anlaya bilmədik və məsuliyyət daşıyan insanların sözlərinə böyük əhəmiyyət verərək, öz istəklərimizi başqalarına mənimsəyədərək özümüzə etdiyimiz hipnozun təsiri ilə xəyallara qapıldıq.

“Biz ermənilər qəzəb və qorxu içində “cinayətkarlar” axtarırdıq”

1915-ci ilin yay və payız aylarında Türkiyə erməniləri məcburi şəkildə deportasiya edildi, türklər bunu çox yaxşı etdilər. Türklər nə etdiklərini bildilər və bu gün peşman olacaq bir şey yoxdur. Bu metod ən dəqiq və uyğun idi. Biz ermənilər qəzəb və qorxu içində “cinayətkarlar” axtarırdıq və bu cinayətkarı Rusiya hökuməti və onun xain siyasəti olaraq təyin etdik. Siyasi cəhətdən yetişməmiş və balanssız bir təhrifdə biz bir ucdan digərinə sovrulmaqdaydıq.

Rusiya hökumətinə olan inamımız dünən nə qədər kor-koranə və əsassızdısa, bu gün də o qədər kor-koranə və əsassızdır. Siyasi partiya (Daşnaksutyun) olaraq biz, məsələmizin rusları maraqlandırmadığını və onların laızm olanda cəsarətimizi çeynəyərək keçib gedə bilərcəklərini unutduq.

“Bu, böyük bir səhv idi”

Biz barış təklifini rədd etdik. 1918-ci ildə imperialistlərə qarşı apardıqları müharibədə məğlub olan türklər müqavimət göstərdilər və iki il içərisində təkrar özlərinə gəldilər. Yeni gənc və millətçi duyğularla hərəkət edən bir nəsil ortaya çıxaraq, Anadoluda öz ordusunu yenidən təşkil etməyə başladı. Türkiyədəki milli şüur ​​və özlərini müdafiə hissi oyanmışdı. Gələcəklərini heç olmasa Kiçik Asiyadan təmin etmək üçün Sevr müqaviləsinə hərbi güclə qarşı qoymaq məcburiyyətində idilər. Bizim bu dönəmdə sülhü rədd etməyimiz və silahlanmağımız böyük səhv idi. Tezliklə sərhədlərimizdə hərbi əməliyyatlar başlayanda türklər bizimlə görüşməyi və danışıqlara başlamağı təklif etdilər. Onların təklifini rədd etdik. Bu, böyük bir səhv idi. Həm də bu, danışıqların mütləq uğurlu olacağı demək deyildi, lakin bu danışıqlarda sülh yolu ilə nəticələnmə ehtimalı var idi.

“Bütün dünya asanlıqla bizi aldatdı”

Hər kəs bizi aldadıb. Taledən şikayətlənmək və fəlakətlərimizin səbəblərini özümüzdən kənarda axtarmaq kədərlidir. Bu, bizim (xəstə) milli psixologiyamızın səciyyəvi xüsusiyyətidir və Daşnaksutyun Partiyası bundan qaça bilmədi. Sanki uzaqgörənliyimiz bir qəhrəmanlıq idi, çünki istəyən hər kəs, fransızlar, ingilislər, amerikalılar, gürcülər və bolşeviklər, bir sözlə, bütün dünya asanlıqla bizi aldatdı və xəyanət etdilər. Lakin biz sadəlövhcəsinə bu müharibənin ermənilər üçün başladıldığına inandırılmışdıq.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …