Şənbə , Oktyabr 17 2026
azfa

Erməni millət vəkilləri İrandan yardım istədilər

GADTB: İran parlamentinin erməni millət vəkilləri Robert Bəgləriyan və Ara Şahverdiyan Qarabağ bölgəsindən gedən ermənilərlə bağlı İran Xarici İşlər Nazirliyinə müraciət ediblər.

Bu barədə İsfahanın İran parlamentindəki erməni nümayəndəsi Robert Bəgləriyan bildirib:

“Mən və həmkarım Ara Şahverdiyan İran xarici işlər nazirinin müavini ilə görüşüb “Dağlıq Qarabağ” ermənilərinin durumu ilə bağlı narahatlığımızı ifadə etdik. Ermənilərə qarşı ehtimal edilən cinayətlər və deportasiya təhdidi barədə fikir mübadiləsi apardıq”.

O, İran Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı tədbirlər gördüyünü və bu ölkənin Qızıl Aypara Cəmiyyətinin ermənilərə yardım etmək üçün hazırlaşdığını deyib./ Azad İran

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …