Cümə axşamı , Oktyabr 22 2026
azfa

Erməni təcavüzünü pislədiyinə görə İranın yaxaladığı Sara Turi məhkəməyə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İranın yaxaladığı Təbriz sakini olan azərbaycanlı milli-mədəni fəal Sara Turi məhkəməyə çağrılıb. Bununla bağlı rejimin məhkəməsindən fəala elektron sistemi vasitəsi ilə bildiriş gəlib.

Bildiriş əsasında azərbaycanlı mədəni fəalldan məhkəmə işinə baxılması üçün yanvar 20-də səhər saat 10-da rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsində olmağı istənilib.

Azərbaycanlı fəal Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İran rejimi tərəfindən “Ölkənin daxili təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq”da ittiham olunub. Görünür Xamenei rejimi üçün Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləmək “Ölkənin daxili təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq” anlamına gəlir.

Qeyd edək ki, Sara Turi oktyabrın 18-də Təbriz şəhərində Nurduz gömrüyünün bağlanması və İranın Ermənistana silah və hərbi texnika yardımını dayandırması tələbilə keçirilən mitinqdə ermənipərəst İran rejimi tərəfindən yaxalanıb və oktyabın 23-də vəsiqə qarşılığında zaminə buraxılmışdır.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …