Şənbə , Dekabr 28 2024
azfa

Ermənilər Azərbaycanın 5 rayonunu atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat yayıb.

“Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub”, – nazirlikdən qeyd olunub.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları Təbrizin mərkəzi zindanına köçürüb

GADTB: İrqçi fars-molla rejimi dünən Güney Azərbaycan Milli Hərəkatının fəalları Hüseyn İsmaili və Nima Radməneşi …

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …