Şənbə , Aprel 27 2024
azfa

Ermənilər Gürcüstanda da özlərinə dövlət yaratmağa çalışırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sosial şəbəkələrin gürcü seqmentində Abxaziyada yaşayan ermənilərin bu regionda öz muxtariyyətini yaratmaq ideyası irəli sürülüb və məsələyə sərt reaksiya verilib.

Bildirilir ki, ermənilər artıq öz kvazidövlətlərinin – “erməni Abxaziyası”nın adını da düşünüb və hətta xəritəni də yaradıblar.

“Məsələ ondadır ki, Abxaziyada çoxlu erməni (50 min abxaz, 55 min gürcü və 60 min erməni) yaşayır və onlar praktiki olaraq orada bütün əhəmiyyətli və əsas yerləri nəzarətə götürə biliblər. Hazırda Abxaziyada “yeni erməni dövləti” qurmaq, erməniləri birləşdirmək üçün qruplar yaradılır”, – deyə sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir (Fotolar lentdə).

Qeyd edək ki, Abxaziya erməni separatizminin özünü göstərməyə başladığı ilk region deyil. Uzun illərdir ki, Samtsxe-Cavaxetiya regionu ətrafında da analoji ehtiraslar qaynayır.

XIX əsrdə burada məskunlaşmış ermənilər sübut etməyə çalışırlar ki, guya bu ərazilər qədim zamanlardan onların xalqına məxsus olub və prinsipial olaraq regionu “Cavax” adlandırırlar. Bundan başqa, Gürcüstan mənbələrinin məlumatına görə, Ermənistan 465 gürcü kilsəsinə də iddia edir.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın