GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistan Orta Şərq və PKK terrorçularını Azərbaycana döyüşə cəldb etdikdən sonra indi də Yunanıstanda Azərbaycanla döyüşmək üçün könüllü toplayır.
Yunanıstandakı erməni diasporu Azərbaycanın işğal altında olan Qarabağ torpaqlarında ölkəmizə qarşı döyüşmək üçün ermənilərə müraciət edib.
Bunu Afinadakı “Ermənistan” Mədəniyyət Mərkəzinin rəhbəri Minas Ovanesyan deyib. Ovanesyan ermənilərdən ibarət toplanılacaq şəxslərin Ermənistana döyüşmək üçün göndəriləcəyini bildirib.
O, müraciətin üç gün əvvəl edildiyini və artıq 100 könüllünün toplandığını deyib. Bildirib ki, müraciət edənlər əsasən erməni əsilli Yunanıstan vətəndaşları olsa da, aralarında yunanlar da var.
Qeyd edək ki, bundan öncə Yunanıstandan Qarabağa 80 könüllü gəlmişdi. Onlardan 50-sinin erməni, 30-nun isə yunan olduğu bildirilmişdi.