Cümə axşamı , Aprel 25 2024
azfa

Ermənilər Qarabağda qanunsuz daşımalara davam edib və səngər qazırlar

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qanunsuz erməni silahlı dəstələrinin hərbi daşımalarına dair yeni görüntülər əldə edilib. Görüntülər “Caliber” kanalında yayılıb.

Kanal bildirir ki, görüntülər bu gün qeydə alınıb. Videoda qanunsuz silahlı dəstələrin hərbi nəqliyyatının Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət etdiyi görünür.

Kadrda Rusiya sülhməramlı kontingentinin 2 “UAZ Patriot” maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus “Ural” yük maşını və su çəni olan “KamAZ”, sonda isə üzərində Rusiya bayrağı olan BTR-82A zirehli maşınının hərəkəti əks olunub.

Qeyd edək ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Yoxlama cəhdi zamanı qarşı tərəfdən Azərbaycan hərbçilərinə atəş açılıb. Təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Şəhidlərimizin qanı yerdə qalmayıb. Görülən cavab tədbirləri zamanı 3 erməni təxribatçı məhv edilib, 1-i ağır yaralanıb. Məhv edilən erməni separatçılardan biri leytenant, biri mayor, digəri polkovnik-leytenant rütbəsini daşıyıb.

Məsələ ilə ələqədar Azərbaycan tərəfi Rusiya sülhməramlına da xəbərdarlıq edib. Diqqətə çatdırılıb ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.

Həmçinin Ermənilərin səngər qazdığını əks etdirən görüntülər yayılıb.

Bu barədə Ermənistanın VOMA terror təşkilatının Teleqram kanalında görüntülər paylaşılıb.

“Könüllülərimiz səngərlər qazırlar ki, düşməndən xəbərsiz və təhlükəsiz şəkildə atəş nöqtələri arasında hərəkət edib vuruşsunlar”, – məlumatda qeyd olunub.

Bildirilib ki, səngərlər etibarlı şəkildə bağlanacaq və yuxarıdan möhkəmləndiriləcək.

Diqqətçəkən məqam isə səngər qazanların mülki geyimdə, hətta yanlarında qadının da olmasıdır. Bu isə ermənilərin növbəti hiyləsidir.

Əvvəla, Ordumuz müdaxilə edərsə, mülki şəxslərə müdaxilə edildiyini bildirəcəklər; ikincisi, mülki əhalinin “özünü qorumaq üçün” çalışdıqlarını göstərməyə çalışırlar.

Qeyd edək ki, VOMA (Voxj Mnalu Arvest – Sağ qalmaq sənəti) Ermənistan ərazisində fəaliyyət göstərən çoxsaylı terror təşkilatlarından biridir. Bu terror təşkilatının Qarabağdakı filialı xeyli müddətdir fəaliyyətə başlayıb.

https://t.me/modern_azz/20290

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …