Çərşənbə , Aprel 24 2024
azfa

Ermənilərin Osmanlı sarayında şok planı: Gizli xəfiyyə?

GADTB: Bütün dünyanı lərzəyə salan, ən böyük imperiya olan Osmanlı İmperiyasının əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyuldu.

Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirərək öz paytaxtına çevirdi. Konstantinopolun adı dəyişdirildi və şəhərə İstanbul adı verildi.

XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə hökmranlıq edirdi. Söszüz böyük əraziyə hökmdarlıq edən imperiya bu ərazilərdə yaşayan xalqların nümayəndələri müəyyən imtiyazlar verirdi. Bütün xalqlar kimi Osmanlı imperiyasının təbəliyində yaşayan ermənilər də bu imtiyazlardan istifadə edirdi. Həmişə öz bicliyi ilə ad çıxaran ermənilər isə müxtəlif yollarla öz niyyətlərini həyata keçirdirdilər. Ermənilər 26-cı Osmanlı xəlifəsi II Əbdülhəmidin dövründə daha çox əl-qol açmağa başladılar. II Əbdülhəmidin dövründə 1876-1909-cu illərdə ermənilər çox yerdə öz soyadlarını dəyişərək “türkləşmə”yə üstünlük verirdilər. Maraqlıdır ki, məhz bu “türkləşmə” prosesindən sonra ermənilər Osmanlı sarayını yol tapdılar. Ermənilər həmçinin orduda mühüm vəzifə tutmağa başladılar. Bu ermənilərin gələcək çirkin planlarının başlanğıcı idi. Məhz Osmanlı sarayına yol tapan və burada məşhurlaşan “türkləşmiş” ermənilərdən biri “Febus Əfəndi” idi. Osmanlı sarayında fotoqraf olan və 23 il burada xıdmət edən, sarayın bütün məsələlərindən xəbərdar olan “Febus Əfəndi”nin əsl adı isə Bağoz Tarkulyan idi.

Bağoz Tarkulyan Hacık adlı bir erməni balıqçının oğlu idi.Onun erməni olmasını çoxları bilmirdi. İlk zamanlar o özünü Pol kimi tanıtmışdı. 1880-ci ildə Bağoz Tarkulyan İstanbulda öz emalatxanasını açdı. Uzun illər İstanbulun məşhur rəssamlarından dərslər aldı. Onun tez bir zamanda məşhurlaşması gələcəyinə açılan qapı idi. Artıq hamı onu

“Febus Əfəndi” kimi tanıyırdı. Tez bir zamanda saraya yolu da açıldı. Artıq Osmanlı sultanın onun çəkdiyi rəsmlərə heyran qalması onların möhkəm dostluğuna səbəb olmuşdu. Elə məhz buna görə “Febus Əfəndi” sarayda ən toxunulmaz adamlardan biri idi. Lakin əsl xislətini gizlədən “Febus Əfəndi” gizlincə öz əməlləri ilə məşğul idi.

Osmanlı sarayında məlumatları 23 il ərzində Bağoz Tarkulyan həm ruslara, həm də ingilislərə bir müddət isə fransızlara ötürürdü. Bağoz Tarkulyan erməni terroçusu Andronik Ozanyan ilə də dost idi. Mütamadi olaraq onunla əlaqə saxlayırdı. Fotoqraf kimi saraydakı bütün hadisələrdən xəbərdar olan “Febus Əfəndi” bu məlumatları mütamadi ermənilərə çatdırırdı. 1890-cı ildə ermənilər üsyan qaldırdılar. Bu üsyanın əsas rəhbərlərindən biri də Andronik Ozanyan idi. Türk ordusuna hərəkət planı haqqında məlumatları “Febus Əfəndi” ermənilərə çatdırır, erməni silahlıları bir çox döyüşdə əsgərləri pusquya salırdılar.

1904-cü ildə türk ordusu erməni üsyanını yatırdıqdan sonra Andranik Türkiyədən qaçmağa məcbur oldu. Lakin “Febus Əfəndi” öz işinin başında idi. O Rusiyanın Qafqaz ordusunun komandanı general Aleksandr Malışayevski ilə əlaqə quraraq bir müddət rusların Osmanlı sarayında xəfiyyəsi rolunu oynadı. “Febus Əfəndi” Osmanlı sarayında bir çox yüksək rütbəli hərbçilərlə dostluq edir, bəzən onlardan aldığı məlumatları ruslara çatdırırdı. Onun dostluq etdiyi insanlar içərisində Ənvər Paşa da var idi. 1914-cü ildə Ənvər Paşa Sultan Əbdülməcidin nəvəsi Naciyə Sultanla evlənərkən bu toyda fotoları məhz “Febus Əfəndi” çəkirdi. Ən maraqlısı isə ermənilər tərəfindən öldürüləcyi planlaşdırılan Ənvər Paşa son anda ölümün cəngindən xilas olur. Qətli həyata keçirmək istəyənlər həbs edilir. Amma yenə “Febus Əfəndi” kənarda qalmağı bacarır. Onun Osmanlı sarayında məlumatları necə ötürməsinin sirri çoxları üçün gizli qalırdı. Lakin erməni xəfiyyəni gizli üzü 1915-ci ildə açılır. Onun fransız ordusu komandanlığına göndərdiyi məktub üzə çıxır. Lakin sarayda böyük nüfuza malik olan “Febus Əfəndi” gözəgörünməz əllər tərəfindən qorunur və onun 23 illik fotoqraf-xəfiyyə görəvi sona çatır. 23 ildə öz rolunun öhdəsindən layiqincə gələn fotoqraf Bağoz Tarkulyan Parisə qaçmağı bacarır.

Qoşqar Salmanlı/alp az

Həmçinin yoxlayın

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …