Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycanlı fəal Seyid Rza Seyid Nuri yeni cinayət ittihamından bəraət alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Seyid Rza Seyid Nuriyə yeni cinayət ittihamından bəraət verilib.

Bununla bağlı Seyid Rza Seyid Nuriyə Parsabad şəhərinin Ümumi və İnqilab İstintaq İdarəsinin 1-ci şöbəsi tərəfindən bildiriş göndərilib.

Bildirişdə fəala qarşı irəli sürülən “Sistemə qarşı təbliğat” ittihamının sübut edilməsi üçün yetərli faktların mövcud olmadığına görə ittihamın ləğv olunduğu qeyd olunur.

Qeyd edək ki, Seyid Rza Seyid Nuri 2020-ci il oktyabrın 18-də İranın Ermənistana silah və texnika göndərməsinə etiraz olaraq keçirilən aksiyada iştirak etdiyi üçün həbs olunmuşdu.Etiraz aksiyasında Nurduz gömrüyünün bağlanması tələb edilirdi.

Azərbaycanlı fəal bir gün sonra 70 milyon tümən vəsiqə qarşılığında məhkəmə işinin yekunlaşmasına qədər müvəqqəti azadlığa buraxılıb.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …