Ermənilərin VOMA terror qruplaşması Xankəndidə

GADTB-nin Mətbuat Mərkəzinin “Anaj” saytına istinadən yaydığı məlumata görə, ermənilərin VOMA terror təşkilatının Qarabağ qanadı 300-ə yaxın erməni və əcnəbi kürdləri əsasən internet vasitəsilə öz sıralarına cəlb edib və müxtəlif düşərgələrdə təlim keçdikdən sonra Azərbaycan Respublikasına qarşı müharibədə onlardan istifadə edib.

VOMA (Voxj Mnalu Arvest) silahlı-terrorçu qruplaşma Ermənistanda fəaliyyət göstərən terror təşkilatlarından biridir.

Bu günlərdə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xankəndidə erməni terror təşkilatı “VOMA”nın nümayəndəliyi açılıb.

Livan, Suriya, Kanada, Fransa və bir çox digər Avropa ölkələrindən olan erməni muzdlu terrorçuların VOMA-ya üzv olduqları və Azərbaycan Respublikasına qarşı döyüşdükləri öz təsdiqini tapıb.

Təşkilat həm də İrəvandan və dünyanın müxtəlif yerlərində olan erməni diasporundan külli miqdarda maliyyə yardımı alır.

Erməni terror qruplaşmaları Asala və kürd PKK terror təşkilatı ilə sıx əlaqələri olan VOMA son iki ildə Azərbaycan Respublikasına qarşı davamlı olaraq terrorçular hazırlayır.

Beynəlxalq konvensiyalar Ermənistanı VOMA-nın əli ilə terrorçu muzdluların hazırlanmasını və maliyyələşdirilməsini dayandırmağa çağırıb.

Təşkilat rəsmi saytında Ermənistan hökumətindən heç bir yardım almadığını iddia etsə də, bu, tamamilə yalandır və onlar Ermənistan hökumətindən ciddi yardım alırlar.

Hazırda təşkilata uzun müddət Ermənistanın xüsusi xidmət orqanlarında xidmət etmiş və Qarabağ müharibəsində iştirak etmiş Vova Vartanov adlı terrorçu rəhbərlik edir.

Özünü Qaregin Njdenin varisi kimi görən Vova Vartanov erməni diasporunun imkanlarından istifadə edərək yeni üzvlər cəlb edir.

VOMA kimi erməni terror qruplarının Qarabağda fəaliyyəti dayandırılmasa, heç kim təminat verə bilməz ki, Azərbaycan Respublikasının Qarabağ cəbhəsində xidmət edən əsgər və hərbçilərinə qarşı təxribat törədilməyəcək.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …