Cümə , Oktyabr 18 2024
azfa

Ermənistan Araz çayına tullantıları bulantıları buraxmaqla çayı çirkləndirməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hakimiyyətinin Ermənistanın Araz çayına kimyəvi tullantıların buraxılmasını dayandırması ilə bağlı iddiasına baxmayaraq, dərc olunan görüntülər bu ölkənin Araz çayına sənaye və çirkləndirici maddələr axıtmaqda davam etdiyini davam etdiyini göstərir.

Azərbaycanlı ekofəal Əhməd Bayburdi dünən “X” hesabında paylaşım edərək, Ermənistanın iki müəssisəsinin çirkablarının Araz çayına axıdılmasına dair görüntülər paylaşıb.

Bayburdi paylaşımda bu barədə yazıb:

“Ermənsitanın ətraf mühiti çirkləndirən iki müəssisəsini müəyyən etdirdim. Onlardan biri Nurduz sərhədində yerləşir və çirkablarını Araz çayına axıdır. Bu, Ermənistanın beynəlxalq müqavilələrə və konvensiyalara laqeyd yanaşdığını, habelə çirkləndirmənin qarşısını almaqda ciddi olmadığını göstərir. İran tərəfində isə əkin sahələri həmin çirkli sularla suvarılır”.

Bayburdi həmçinin yazıb: “Bölgədə iri yataqlardan biri olan Ermənsitanın Kacaran açıq mis və molibden yatağı ağır metal zərrəçikləri olan zavodun çirkablarını Araza axıdır. Ermənistan tullantıların çaya axıdılmasının qarşısını almaqla bağlı illər öncə öhdəlik götürüb. İran hökuməti bununla bağlı yoxlama aparmaq və faktları təqdim etməklə tədbir görməlidir”.

Həmçinin yoxlayın

Türkiyə “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb

GADTB: Türkiyə Xarici İşlər Nazirliyi (XİN) “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb. Açıqlamada …

İrqçi far-molla rejimi azərbaycanlı fəalı cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Əmir Bədrini cərimə …