Çərşənbə , Oktyabr 14 2026
azfa

Beş türk dövləti həmkarlar ittifaqları arasında əməkdaşlıq müqaviləsi imzaladı

GADTB: Konfederasiyalar səviyyəsində əməkdaşlığı həyata keçirmək üçün 5 ölkənin enerji biznesindəki həmkarlar ittifaqları Türkiyədən TES-İŞ-in ev sahibliyi ilə Balıkəsirdə bir araya gəlib.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın enerji biznesi sahəsindəki həmkarlar ittifaqları arasında əməkdaşlıq müqaviləsi imzalandı.

Beş ölkənin əmək federasiyaları 22 sentyabr 2023-cü ildə Özbəkistanda Türkdilli Dövlətlərin Həmkarlar İttifaqları Təşkilatını yaradıb.

Konfederasiyalar səviyyəsində əməkdaşlığı həyata keçirmək üçün 5 ölkənin enerji biznesindəki həmkarlar ittifaqları Türkiyədən TES-İŞ-in ev sahibliyi ilə Balıkəsirdə bir araya gəlib.

Türk dövlətlərinin enerji sahəsindəki həmkarlar ittifaqları arasında əməkdaşlıq müqaviləsi bağlanıb.

Əməkdaşlıq müqaviləsini Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı, Qazaxıstan Energetika Mühəndisləri İttifaqı, Qırğızıstan Energetika və Elektrik Sənayesi İşçiləri Həmkarlar İttifaqı və Özbəkistan Energetika, Neft, Qaz və Geologiya İşçiləri Həmkarlar İttifaqı imzalayıb.

Beləliklə, türk dövlətlərinin enerji sahəsində əməkdaşlığı davam edəcək. Bu müqavilə çərçivəsində həmkarlar ittifaqları Türk Dövlətləri Təşkilatının məqsəd və fəaliyyətlərini nəzərə alaraq hərtərəfli və balanslaşdırılmış iqtisadi artıma, sosial və mədəni tərəqqiyə çalışacaq, bütün sahələrdə daimi, qarşılıqlı faydalı addımlar atacaq.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …