Cümə , Sentyabr 18 2026
azfa

Ermənistan Xəzər dənizini çirkləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanın transsərhəd çaylara zərərli maddələr axıtması Xəzərin çirklənməsinə səbəb olur.

O xatırladıb ki, Ermənistan münaqişə dövründə Azərbaycanla transsərhəd çaylarını genişmiqyaslı şəkildə çirkləndirib:

“Ermənistanın çirkləndirdiyi çaylara Oxçuçayı misal göstərmək olar. Onlar tullantıları, zərərli maddələri bu sulara axıtmaqdadır. Bu istiqamətdə Azərbaycan tərəfindən arbitraj prosesi başlanılıb və Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər həyata keçirilməkdədir”.

A.Hacızadə bildirib ki, Azərbaycan və Ermənistandan olan mütəxəssislərin iştirakı ilə transsərhəd çaylarla bağlı əməkdaşlıq barədə məlumat yoxdur:

“Şübhəsiz ki, son 30 il ərzində beynəlxalq təşkilatlar, o cümlədən ATƏT bu məsələ ilə bağlı müəyyən səy göstərib. Ancaq Azərbaycanın əsas iddiası ondan ibarətdir ki, bu çaylar çirklənməməlidir. Çünki bu çaylardan axan sular sonda Xəzər dənizinə tökülür və onun, xüsusilə ərazi sularının çirklənməsinə səbəb olur”.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …