Şənbə , Sentyabr 19 2026
azfa

Mühacir kürdlərin İran məclisindəki deputatı Qəsım Osmani Azərbaycan türkərini təhqir etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son yzillikdə Azərbaycan ərazilərinə köçən mühacir kürdlərin Bəykəndi (Bukan) şəhərindən İran məclisinə deputat göndərilən Qəsım Osmani kürd terrorçuların tələbləri istiqamətində Azərbaycan türklərini təhqir edib.

Azərbaycan həqiqətlərini təhrif edən Qəsım Osmani Azərbaycan əhalisinin 50%-nin kürd olduğunu iddia edib və bununla da tələb edib ki, Qərbi Azərbaycan vilayətinə kürd vali təyin edilməlidir.

Məhəmməd Qəsım Osmani yeni seçilən Qərbi Azərbaycan valisindən yana olanları pantürk adlandırıb və Azərbaycan əhalisinin 50%-nin kürd olduğunu iddia edib.

Son həftələrdə adı Qərbi Azərbaycan valisinin seçilməsinə maneçilik törətməkdə hallanan Bukan nümayəndəsi Qəsım Osmani dünən İran parlamentində çıxış edib.

Osmani gülünc bir iddia ilə valinin təyinatının gecikdirilməsinin “Azərbaycan əhalisinin 50%-ni köçürmək” cəhdi olduğunu və “pantürkist əməllərin nəticəsi olduğunu” bildirib.

Video:

https://t.me/GADTB1/38510

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …