Çərşənbə , Sentyabr 23 2026
azfa

Ermənistanın hərbi cinayətlərini beynəlxalq komissiya araşdıracaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib ki, Qarabağda hərbi cinayətlərin araşdırılması üçün iki ölkə – Azərbaycan və Türkiyə arasında birgə komissiya yaradılıb.

O qeyd erdib ki, yaradılan komissiyada 30-dan çox ölkənin nümayəndəsi iştirak edir və yaxın günlərdə araşdırmalara start veriləcək:

“Komissiya Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin təklifi, Dünya Türk Yazarlar Birliyi başqanı Salih Kurt və İslam Ölkələri Alimlər Birliyinin baş direktoru, professor Bayram Altanın təşəbbüsü ilə yaradılıb. Burada 30 ölkədən nümayəndlər var ki, mən də həmin şəxslərdən biriyəm. Komissiyanın məqsədi 44 günlük Vətən müharibəsi dövründə işğalçı ermənilərin qardaş Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətlərin araşdırılmasıdır.

Bildiyimiz kimi müharibə dövründə erməni silahlı qüvvələri Gəncə və Bərdəyə istifadəsi qadağan olunan raketlər atıb, mülki əhaliyə qarşı qətliam həyata keçiriblər. Araşdrımalarımız məhz bu yöndə olacaq. Məqsədimiz Ermənistanın faşizm siyasətini bütün dünyaya göstərməkdir”.

Hulusi Kılıç əlavə edib ki, komissiyanın fəaliyyətində həmçinin elm adamları və din xadimlərinin də iştirakı nəzərdə tutulub: “Onlar Qarabağ bölgəsində məscidlərə və abidələrə dəymiş ziyanı araşdıracaqlar”.

Həmçinin yoxlayın

Deni Danon: İran İslam Respublikasının rəhbərlərinin harada gizləndiyini bilirik; İsrailə hücum etsələr, öldereləcəklər

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib …

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …