Cümə axşamı , Mart 28 2024
azfa

Ermənistanın İrana alternative yolu narazılığa səbəb oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranla Ermənistanın Gorus-Qafan istiqamətindən keçən Ermənistan-İran yoluna alternativ yolu həm həm İrandan Ermənistana yük daşıyan sürücülərin, həm də erməni sürücülərin narazılığına səbəb olub. Artıq İrandan olan sürücülərin yük maşınları təhlükə ilə qarşılaşdığı üçün ciddi narazılıq yaranıb.

Həmçinin erməni mediasına Qafan rayonunun Bardzravan icmasının rəhbəri Onik Avaqyan bildirib ki, “Gorus-Qafan yoluna alternativ yol elə vəziyyətdədir ki, təcili yardım maşını da yaxın kəndlərə vaxtında çata bilmir”.

O, nyus.am-a açıqlamasında deyib ki, hazırda tikilməkdə olan alternativ yol elə bir vəziyyətdədir ki, kənd sakinlərindən kiminsə təcili yardıma ehtiyacı olsa, böyük problem yaranacaq: “Onlar söz verdilər ki, ilin sonuna kimi yeni asfalt yol çəkiləcək. Amma indi deyirlər ki, hava şəraiti imkan vermir, çəkə bilmirik. Hazırda Zəngəzurun kəndlərində yol xaosu hökm sürür. Alternativ yolun biz tərəfdən keçən hissəsinin uzunluğu 10 kilometrdir, onun 5 kilometrində bu vaxta qədər yalnız torpaq işləri görülüb. Bizim kəndin yaxınlığında isə heç bir iş aparılmır. Onların fikrincə, tikilməkdə olan yolun eni təxminən 6 metrə qədəri asfaltlanacaq, onun da vaxtı bəlli deyil. Hazırda həmin yolda yalnız iritonnajlı maşınlar hərəkət edə bilər”.

Onik Avaqyanın sözlərinə görə, alternativ yol tamamilə tikilsə belə, gediş haqqı və yolun uzunluğu ilə bağlı ciddi fərq olacaq:

“Əgər indiyədək biz 35 km-lik yolu keçərək Gorusa çatmışdıqsa, indi alternativ marşrutla 70 km-i qət etməli olacağıq. Gorus-Qafan yolunu taksi ilə 5000 drama keçirik, alternativ yol isə 10 min dram olacaq. Fərq ikiqatdır, təbii ki, kəndli bunu öz cibində hiss edəcək. Əvvəllər bu adamlar Gorus-Qafan avtomobil yolu ilə hərəkət edirdilər, amma gömrük məntəqələri quraşdırıldıqdan sonra insanların əhval-ruhiyyəsinin necə dəyişdiyini artıq deyə bilmərəm. İstənilən halda, səyahət edərkən növbəti saniyədə nələrin dəyişə biləcəyini deyə bilməzsiniz. Çünki təhlükəli “yol”dur. İndi alternativ yola görə camaat Paşinyanı söyür”.

Həmçinin yoxlayın

Urmiya bələdiyyəsi voleybol üzrə Premyer Liqanın final mərhələsinə yüksəlmək ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,Urmiya Bələdiyyəsinin voleybol komandası bu axşam Premyer Voleybol Liqasının …

Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb

GADTB: Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb. Güclü külək Urmiya …