Cümə , Yanvar 21 2022
azfa

Ersin Tatar Şimali Kıbrısda yeni hakimiyyətin təşkilinə göstəriş verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şimali Kıbrıs Türk Cumhuriyyəti Prezidenti Ersin Tatar Milli Birlik Partiyasının (UBP) sədr  əvəzi Ersan Sanerə yenidən hökuməti formalaşdırmağı tapşırıb.

Saner Prezident Aparatında Tatar ilə görüşündən sonra jurnalistlərə açıqlama verib.

Saner 7 noyabrda hökuməti forlamaşdırma tapşırığını aldıqdan sonra məclisdə təmsil olunan partiyalarla danışıqlar apardıqlarını xatırladıb.

6 oktyabrda Xalq Partiyasının (HP) UBP-HP koalisiya hökumətindən ayrılması ilə ölkədə ciddi bir hökumət boşluğunun olduğunu vurğulayan Saner UBP olaraq hökuməti qurmaq və xalqın gözləntilərini həyata keçirmək üçün əllərindən gələni edəcəklərini söyləyib.

Demokrat Partiya (DP) və Yenidoğuş Partiyası (YDP) səlahiyyətliləri ilə görüşdüklərini xatırladan Saner “Dərhal DP və YDP ilə danışıqlara başlayacağıq. Buradan müsbət nəticə əldə edəcəyimizə ümid edirik. Xalqımız üçün ən yaxşısı olacaq bir model hökumət qurmaq üçün hər cür işi görəcəyik” deyib.

Prezident Tatar hökuməti formalaşdırmaq səlahiyyətini 7 noyabrda UBP sədr əvəzi Ersan Sanerə tapşırıb. Saner parlamentdə təmsil olunan partiyalarla görüşlərinin axırında bir nəticəyə gələ bilmədi və 21 noyabrda vəzifəsini geri qaytardı.

Həmçinin yoxlayın

İranla Ermənistan sərhəddə yarmarka açırlar

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Araz Azad İqtisadi Zonası Təşkilatının İdarə …

İran rejimi Təbriz metrosunun aldığı qatarı Şiraz metrosuna verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycana qarşı müstəmləkə və ayrıseçkilik …

Bir cavab yazın