Şənbə , Oktyabr 17 2026
azfa

Etirazların yatırılması zamanı azı 200 şagirdi öldürülüb

GADTB: İran Müəllimlərin Peşəkar Birlikləri Koordinasiya Şurası yaydığı bəyanatda İran üzrə kütləvi etirazların qanlı şəkildə yatırılması zamanı azı 200 məktəb şagirdinin öldürüldüyünü açıqlayıb.

Bəyanat bazar günü bu qurumun “X” sosial şəbəkəsindəki hesabında dərc edilib. Sənəddə qeyd olunur: “Bu adları yazırıq ki, təhsil yalançı bitərəflikdən çıxsın və cəmiyyət bilsin ki, uşağın ölümü cəzasız qaldığı müddətcə heç bir siyasi nizam legitim deyil. Bu siyahı yalnız matəm üçün deyil; ayıq qalmaq və uşaq qətlinin siyasi bir məsələ olduğunu unutmamaq üçündür.” Bəyanatın sonunda öldürüldüyü iddia edilən 200 şagirdin adlarının siyahısı dərc olunub.

Şuranın sözçüsü Məhəmməd Həbibi bundan əvvəl etirazlar zamanı öldürülən şagirdlərin sayının 14 bəhmən tarixinədək 150 nəfərə çatdığını bildirmişdi.

Keçən həftə İranın ədliyyə naziri Əmin Hüseyn Rəhimi təhlükəsizlik qüvvələri tərəfindən 18 yaşdan kiçik uşaqların saxlanıldığını etiraf edərək, onlardan bəzilərinin “istintaq” məqsədilə həbsdə saxlanılmasının davam etdiyini açıqlamışdı.

Həmçinin yoxlayın

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …

Yeni peyk görüntüləri Küləng dağı tunellərinin hələ də bağlı olduğunu göstərir

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 7 oktyabr 2026-cı il tarixinə aid peyk görüntülərini yayımlayaraq …