Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Təbriz Universitetinin əczaçılıq fakültəsinin tələbəsi Selin Radmehr saxlanılıb

GADTB: Təbriz Universitetinin əczaçılıq fakültəsində təhsil alan 24 yaşlı Selin Radmehr bazar günü, 19 bəhmən tarixində şəxsi mənzilində SEPAH-a bağlı kəşfiyyat qüvvələri tərəfindən saxlanılıb.

Onun hazırkı vəziyyəti və saxlanıldığı yer barədə indiyədək heç bir rəsmi məlumat açıqlanmayıb.

Məlumatlara görə, təhlükəsizlik əməkdaşları saxlanma zamanı Selin Radmehrin mobil telefonunu və “MacBook” noutbukunu da müsadirə ediblər.

Qeyd olunur ki, Selin Radmehr bundan əvvəl də 19 dey tarixində saxlanılmış və iki gün sonra girov qarşılığında azadlığa buraxılmışdı. Həmin qısa müddətli saxlanma zamanı ona qarşı irəli sürülən ittiham “rejim əleyhinə təbliğat” kimi göstərilmişdi.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …