Bazar , Noyabr 15 2026
azfa

Fərəngis Bibi Kəşkuli Qaşqayı vəfat edib

GADTB: Daryuş xan Bahadiri Qaşqayının həyat yoldaşı Fərəngis Bibi Kəşkuli Qaşqayı yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirildikdən sonra, çərşənbə günü — 26 azər axşamı vəfat edib.

Qaşqayı mediasının yaydığı məlumata görə, Fərəngis Bibi Kəşkuli, Qaşqay elinin İlxani nəslinin törəmələrindən olan Daryuş xan Bahadirinin həyat yoldaşı və Qaşqay elinin tanınmış sərkərdəsi Solətüddövlə Qaşqayının yadigarı idi. O, 15 azər cümə günü baş vermiş yol qəzasından sonra xəstəxanaya yerləşdirilmiş, lakin aldığı ağır xəsarətlər səbəbindən həyatını itirmişdir.

Fərəngis Bibi illər boyu həyat yoldaşı Daryuş xanla birgə Qaşqay elinin tarixində yaşanan sürgün, müharibə və ağır sınaq dövrlərini böyük dözüm və səbir ilə qarşılamış, daim onun yaxın silahdaşı, məsləhətçisi və mənəvi dayağı kimi tanınmışdır.

Onun vəfat xəbəri yayıldıqdan sonra Qaşqay elinin mənsub və tərəfdarları arasında dərin hüzn və kədər dalğası yaranmışdır. Allah rəhmət eləsin.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …