Fərzanə Qarahəsənli əməliyyatdan sonra ağır vəziyyətdə yenidən zindana aparılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın K\ərəc sakini olan siyasi məhbus Fərzanə Qarahəsənli çənə və dişlərində cərrahiyyə əməliyyatından sonra müalicədən məhrum edilərək, ağır vəziyyətdə yenidən zindana aparılıb.

Həkim ciddi müalicə göstərişi versə də, Fərzanə Qarahəsənli aşağı qan təzyiqinə və hərəkət edə bilməməsinə baxmayaraq, təhlükəsizlik qüvvələri onu həbsxanaya qaytarıblar. Onun başgicəllənməsi və fiziki zəifliyi olduğu bildirilir.

Fərzanə Qarahəsənli hazırda Məşhəddəki rejimin həbsxanasındadır və bazar günü çənə və diş əməliyyatı keçirib. 

2022-ci il noyabrın 4-də azərbaycanlı rentgenoloq, 54 yaşlı Həmid Qarahəsənli və həyat yoldaşı, laboratoriya elmləri üzrə mütəxəssis, 46 yaşlı Fərzanə Qarahəsənli Kərəc şəhərindəki evlərində həbs ediliblər.

Onlar etiraz aksiyasında hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra yarımhərbi Bəsic üzvü Ruhullah Əcəmiyanın öldürülməsinə görə başqa 16 nəfərlə birlikdə saxta ittihamla həbs ediliblər.

Ağır işgəncələrə məruz qalan Həmid Qarahəsənli edam, Fərzanə Qarahəsənli isə 20 il həbs cəzasına məhkum olunublar. Sonradan onların işi Ali Məhkəmədə araşdırılıb və son olaraq, Həmid Qarahəsənli sürgündə 15 il, Fərzanə Qarahəsənli isə sürgündə 5 il həbs cəzasına məhkum ediliblər.

Həmçinin yoxlayın

Molla rejimin həbsdə saxladığı azərbaycanlı mili fəalın vəziyyəti heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi və hazırda zindanda …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal tibb məntəqəsinə köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehranın Evin həbsanasında həbsdə saxladığı …