Çərşənbə axşamı , Oktyabr 8 2024
azfa

Fars-molla rejimi və sepahın Kommunist Çinin müstəmləkəsinə çevrilməsinə etirazlar səngimir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimin Səhiyyə Nazirliyinin sözçüsünün sadəcə Çinin koronavirusla bağlı verdiyi məlumatlarının düz olmamasına dair sözlərindən sonra Çinin Tehrandakı səfrinin İran rəsmilərinə kölələri kimi təkəbbürlə etirazı və bunun qarşısında İran rıhbərliyi və sepahın əl-ayağa düşüb üzr istəmələri molla rejiminin kommunist və dinsiz Çin dövlətinin müstəmləkəsinə çevrilməsi faktını ortaya qoydu.

Bu rəzalətli hadisədən sonra müxtəlif ziyalılar və bir sıra millət vəkilləri və fəallar molla rejiminin Çin kimi diktator ölkənin müstəmləkəsinə çevrilməsini açıq şəkildə müşahidə etməkdən sarsılıblar. Bir sıra ziyalılarla yanaşı İslam Respublikasının ideoloqunun oğlu Tehranın millət vəkili Əli Mütəhhəri Çinin səfirinin davranışına rejimin etiraz etməli olduğunu bildiriək tvitter hesabında yazıb ki, Çinin səfirinin təkəbbürlü və təhqiramiz davranışına cavab verilməli və səfir çağırlaraq etiraz notası verilməlidir.

Mütəhhəri həmçinin deyib: “Təəssüflə bizim iqtisadi ehtiyaclarımız səbəb olmuşdur ki, Çinin müsəlmanlara dəhşətli zülmü qarşısında susaq. Amerika ilə mübarizəmiz bizim Çinə müstəmləkə olmağımıza gətirib çıxarmamalı idi”.

Qeyd edək ki, dünən də Tehranın digər millət vəkili Mahmud Sadiqi öz Tvitter hesabında yazmışdır ki, mən 16 digər millət vəkili ilə yanaşı Məhəmmədcavad Zərifə İran Xarici İşlər Nazirliyinin Çinin səfirinin təkəbbürlü sözləri qarşısında utancverici üzr istəməsi məsələsinə görə xəbərdarlıq etdik.

Xatırladaq ki, bundan öncə də bir sıra İran ziyalıları Molla rejiminin kommunist və dinsiz bir dövlətin müstəmləkəsinə çevrilməsinə etiraz etmişdilər.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının dövlət başçılarının XI Zirvə toplantısı Qırğızıstanda keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının XI Zirvə …

Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraz aksiyası keçirib. Əsasən …

Bir cavab yazın