Fars rasizmindən biyabırçılıq: türk dilində danışdığı üçün zəncanlı aparıcının fəaliyyəti qadağan edildi

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars rasizmi o dərəcədə ifrat səviyyəyə çatıb ki, azərbaycanlı aparıcıya öz xalqının dilində danışdığı qadağan edirlər.  

İrqçi fars rejimin Teleradio Şirkəti zəncanlı aparıcı Payan Dadaşinin türk dilində danışdığı üçün fəaliyyətinə məhdudiyyət qoyublar.

Bir neçə gün əvvəl Güney Azərbaycanın Tarım şəhərindən olan bir gənc Zəncan Vilayəti Telekanalının “Gecələr” verilişinə dəvət olunub. Azərbaycanlı gənc özünü fars dilində təqdim edərkən aparıcı Payan Dadaşi ona xatırladıb ki, bu veriliş türk dilindədir. Bundan sonra verilişin qonağı ana dilində söhbət edib.

Proqramın davamında ekranda “Kətləxor ğarı”nın reklamı gedib. Bundan sonra aparıcı izləyicilərə xitabən “ğar” sözünün türkcə mənasını soruşub. Suala səs operatoru və kameraman cavab verərək “ğar” sözünün türk dilində “köhül” (mağara) olduğunu deyiblər.

Beləliklə, Payan Dadaşı Teleradio Şirkəti rəsmilərinin qəzəbinə tuş gəlib. O türk dilinmdə danışdığı  üçün bir neçə həftə verilişi aparmasına qadağa qoyulub.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəallar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar

GADTB: İrqçi fars-molla rejimin həbs etdiyi Azərbaycan Milli Hərəkətinin iki gənc fəalı Huşəng Nağızadə və …

Molla rejimi Ərdəbildə azərbaycanlı fəal Ramin Nəcəfvəndi Kəşfiyyat Polisinə çağırılıb

GADTB: Traxtur komandasının ərdəbilli tərəfdarı Ramin Nəcəfvənd 10 may, şənbə günü Ərdəbildə Kəşfiyyat Polisinə çağırılıb …

Bir cavab yazın