Bazar , Oktyabr 25 2026
azfa

Rejimin həbs etdiyi azərbaycanlı öyrənci Yaşar Darüşşəfa zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yaxaladığı azərbaycanlı öyrənci və siyasi fəal Yaşar Darüşşəfa Tehranın Evin zindanından mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Fəalın 2020-ci il dekabrın 1-də 41 gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında zaminə buraxıldığı bildirilir.

Qeyd edək ki, Yaşar Darüşşəfa noyabr 21-də irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən Tehranda yaxalanaraq Evin zindanının ETTELAAT Nazirliyinin nəzarətində olan 209-cu bölməsinə köçürülmüşdür.

Qəzvin sakini olan azərbaycanlı öyrənci ictimai rifah ixtisası üzrə Tehran Reabilitasiya Elmləri Universitetində doktorantıdır.

Yaşarın Darüşşəfanın qardaşı Kavə Darüşşəfa da noyabrın 25-də Tehranda rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. O hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın