Farslarda qeyri-farslara qarşı irqçiliyin kəskinləşməsi rejimin məclisində yeni qanun layihəsini gündəmə gətirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, farslarda qeyri-farslar millətlərə qarşı irqçiliyin kəskinləşməsi rejimin məclisində yeni qanun layihəsini gündəmə gətirdi.

Əhvaz, Həmidiyyə, Bavi və Karunun rejimin məclisindəki millət vəkili Homayun Yusifi qeyri-fars millətlərinin təhqir olunmasını qadağan etməyi nəzərdə tutan yeni qanun layihəsini məclisə təqdim edərək, qəbul olunmasını tələb edib.

H.Yusifi bildirib ki, İran qövmlərinin qorunması planına əsasən qövmlərə qarşı hər hansı təhqir qanuna zidd hesab olunur. Ona görə də qövmlərin təhqir və aşağılanmasını qadağan edən layihə parlamentə təqdim olunacaq.

H.Yusifi rejimin “İrna” xəbər agentliyinə müsahibəsində deyib: “Biz milli birlik və islam inqilabının dəyərlərini gücləndirmək istiqamətində İran qövmlərini daha çox qorumalıyıq. Bu səbəbdən mən Xuzistanın millət vəkillərindən biri kimi qövmlərin hüququnu qorumaq naminə belə bir planın parlamentə təqdim olunmasını istədim. Məqsədim bütün qövmlərə xidmət etməkdir”.

.

Həmçinin yoxlayın

İranın Sepah terror təşkilatı Təbrizdə Azərbaycan konsulluğu qarşısında aksiya keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Sepah terror təşkilatı Təbrizdə Azərbaycan …

Azərbaycan Ordusu “azad artsax” “abidəsini” sökdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində, rus sülhməramlıların …

Bir cavab yazın