Cümə axşamı , May 14 2026
azfa

İrqçi fars rejimə qarşı sanksiyalar yeni mərhələyə daxil olur

GADTB-nin Mətbuat Mərkəzinin axar.az-a istinadən yaydığı məlumata görə, ABŞ-ın irqçi fars rejimə qarşı yeni sanksiyaları qətiyyətli olacaq.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin deyib. Onun sözlərinə görə, bu sanksiyaların tətbiqi zamanı ABŞ-ın müttəfiqlərinin maraqları, eləcə də neft bazarında stabilliyin qorunması nəzərə alınacaq. O, ABŞ-ın qara siyahısında olan şirkətlər üçün SWIFT sisteminin söndürülməyəcəyi təqdirdə bu sistemin də sanksiyalara məruz qalacağını bildirib.

Amerikanın sanksiyalarının ikinci hissəsi noyabrın 5-də qüvvəyə minəcək. Yeni sanksiyalar İranın bütün aparıcı sahələrini əhatə edəcək. ABŞ-ın hazırlayacağı yeni qara siyahıya 700-dən çox şəxsin, təşkilatın, təyyarə, gəmi, neft və nəqliyyat şirkətlərinin, böyük bankların adı daxil ediləcək. ABŞ Maliyyə Nazirliyinin öz saytında yerləşdirdiyi İrana qarşı yeni sanksiyaların mətnində isə sanksiyalar siyahısında olan şəxslərin hamısının İran hökuməti, İran Neft Şirkəti (NİOC), “Naftiran İntertreyd Kompani” və İran Mərkəzi Bankıyla bağlı olan insanların, şirkətlərin olduğu bildirilib.

Yeni sanksiyalarda əsas hədəf İranın neft tədarükünü sıfıra endirməkdir. Bununla belə ABŞ yeni sanksiyalar zamanı müəyyən güzəştlər də tətbiq edəcək. Güzəştlər əsasən, İrandan neft tədarük edən 8 ölkəyə aid ediləcək. Bu ölkələrin arasında Yaponiya, Cənubi Koreya, Hindistan, Türkiyə, İtaliya, Çin kimi ölkələr yer alacaq.

ABŞ bu ölkələrə güzəşti yalnız İrandan aldıqları nefti mərhələli şəkildə azaltmaq şərtiylə tətbiq edib. Belə ki, bu ölkələrə ümumilikdə 180 gün vaxt verilib. Vaşinqton 2019-cu ildə İranın neft ixracını tam sıfıra yaxılaşdırmağı planladığını deyib.

ABŞ-ın güzəşt etdiyi layihələr sırasında Azərbaycanın “Şahdəniz” neft yatağı da yer alıb. İranın NİOC şirkətinin bu yatağın işlənməsində payı 10%-ə bərabərdir. Belə ki, sanksiyanın Azərbaycandan Türkiyə və Avropaya gedəcək və bu bölgələrin enerji təhlükəsizliyini təmin edən, onların İranla Rusiyadan enerji asılılığını azaldan layihələrə, qaz kəmərlərinin tikintisinə və eləcə də qaz yataqlarının işlənilməsinə aid olmayacağı bildirilib.

 

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …

Bir cavab yazın