Cümə , İyul 31 2026
azfa

Finlandiyada erməni təxribatının qarşısı alınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Finlandiya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi və Azərbaycan Türk gənclər təşkilatının rəhbəri Ülviyyə Cabbarova və təşkilatın üzvü Leyli Hüseynova tərəfindən erməni təxribatının qarşısı alınıb.

Belə ki, müxtəlif ölkələrdə davam edən Beynəlxalq Turizm sərgilərinin növbətisi 16-20 yanvar tarixlərində Finlandiyada keçirilir. Helsinkidə Matkamessuda keçirilən turizm sərgisinə qatılan erməni şirkəti tərəfindən Azərbaycan ərazisi “Artsax” kimi təqdim edilib. Soydaşlarımız Ü.Cabbarova və L.Hüseynova sərgi keçrilən yerə gedərək ermənilərin burada təxribatla məşğul olduqlarını və Qarabağın Azərbaycan ərazisi olduğunu, “Artsax” adı altında Qarabağa turist cəlb edilməsinin təxribat xarakterli olduğunu onların nəzərinə çatdırıblar. Erməni şirkəti ilə uzun mübahisədən sonra Ü.Cabbarova sərginin təşkilatçı admnistratorunu Ermənistan stendinə dəvət edib və durumu ona anladaraq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edən beynəlxalq sənədləri təqdim edib. Bundan sonra, soydaşlarımızın təkidi və Admnistratorun göstərişi ilə Qarabağın Ermənistan ərazisi kimi göstərildiyi xəritə və broşürlər sərgidən yığışdırılıb.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının ilk peyki bu tarixdə buraxılacaq

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb. Bu …

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq etdi

GADTB: ABŞ Xəzinədarlığı İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Xarici Aktivlərə Nəzarət İdarəsi …

Bir cavab yazın