Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Fransalı tarixçi: AŞPA-nın Azərbaycana qarşı iddiaları əsassızdır

GADTB: Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib.

İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırılıb.

Təşkilat iddia edir ki, Azərbaycan Qarabağdan erməni sakinləri zorla çıxarıb. Amma bununla bağlı tam fakt qeyd edilməyib. AŞPA-nı narazı salan digər bir məsələ ondan ibarətdir ki, o, Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə dəvət almayıb.

Fransalı tarixçi, tədqiqatçı Maksim Quin Modern.az-a açıqlamasımda bildirib ki, AŞPA-nın irəli sürdüyü iddialar əsassızdır:

 “Avropa Şurasının insan haqları üzrə komissarı 2023-cü ilin oktyabrında, yəni Xankəndinin işğaldan azad edilməsindən bir ay sonra Qarabağa səfər edib və Hikmət Hacıyevlə görüşüb. Nəticə etibarı ilə şura məlumat çatışmazlığını iddia edə bilməz.

Missiyanın səfər edib-etməməsi ilə bağlı fikir ayrılığı başa düşüləndir, amma reaksiya başa düşülən deyil. Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum etməyə cəhd etmək düzgün deyil.

AŞPA-nın 2005-ci ilin yanvarında Qarabağın Ermənistan tərəfindən işğalına və azərbaycanlıların məruz qaldığı etnik təmizləməyə qarşı qətnaməsi və Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci ilin iyununda Ermənistanı işğalçı dövlət kimi pisləməsi kimi faktlar var. Ona görə də bu kimi halları nəzərə almaq lazımdır.

Onu da qeyd edim ki, təşəbbüs Almaniyadan gəlir, bildiyiniz kimi, orada erməni icması azdır və əksəriyyət türklərdir”.

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …