Cümə , İyun 20 2025
azfa

Fransanın dünyada törətdiyi soyqırımı, qətliam, hərbi cinayətlərindən xülasə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əsrlər boyu Afrikanın 20-dən çox ölkəsində müstəmləkə siyasəti həyata keçirən Fransa İkinci Dünya Müharibəsindən sonra bu ölkələrə müstəqillik vermək məcburiyyətində qalıb. Lakin yenə də hərbi siyasi avtoritetini itirməmək üçün, həmin ölkələrdə münaqişə ocağı yaradıb ora yenidən sülhməramlı adı altında nəzarətini davam etdirib.

Bu barədə İtaliyada yaşayan həmyerlimiz Emin Rüstəmov sosial şəbəkədə yazıb.

O, özünü humanist ölkə kimi təqdim edən Fransanın ötən illər ərzində iştirakçısı olduğu qanlı hadisələri xatırladıb.

132 il Əlcəzairi sömürən Fransa burada ən qəddar müstəmləkə siyasətini həyata keçirib. 1830-cu ildən 1962- ci ilə qədər Əlcəzair Fransanın müstəmləkəsi olub. 1954-62 ci illəri əhatə edən 8 illik azadlıq mübarizəsi nəticəsində Əlcəzair müstəqillik əldə etsə də, 1,5 milyon nəfər fransızlar tərəfindən öldürülüb, 100 minlərlə insan yaralanıb.

6 aprel 1994- cü ildə Ruanda prezidenti Juvenelya Xabiarimana və Brundi prezidenti Siprien Ntaryamiranın içində olduğu təyyarə Ruanda paytaxtı Kiqali yaxında vurulub. Bu andan etibarən təxminən 100 gün davam edən Ruanda soyqırımı başlayıb. Nə qədər daxili azadlıq müharibəsi olsa da Fransanın müdaxiləsindən hər kəsin xəbər var. Belə ki, təhlükəsiz zona yaratmaq adı altında hərbi əməliyyat həyata keçirilib və nəticədə 800 min nəfər yerli tutsi qəbiləsindən insan həlak olub.

Fransanın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində də xeyli sayda insan tələfatı qeydə alınıb.

Çad-Epervier əməliyyatı – Çad və Liviya arasında baş verən müharibə zamanı Fransanın 1986-cı ilin Fevralında Liviyaya qarşı başlatdığı hərbi əməliyyatdır. 2014-cü ildə başa çatıb.

Həmçinin yoxlayın

İsrail Sefidrood Sənaye Parkını vurub-Video

GADTB: İsrail Rəştin Sefidrood Sənaye Parkında, Kəleş Taleşan kəndi yaxınlığında İslam Respublikasının döyüş maşınına bağlı …

Tehranın Evin zindanında siyasi məhbuslara qarşı təzyiqlər davam edir

GADTB: Son günlər Evin həbsxanasının təhlükəsizlik qüvvələri 209-cu bölmədəki bütün məhbusları öz kameralarına salıb, onların …

Bir cavab yazın