
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə “arb24 TV”-də “Xameneinin Zəngəzur təşvişi: İran rejimi Turan dövlətlərindən asılı olacaq” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında molla rejiminin Azərbaycanda casus şəbəkəsi qurması, hər bir vasitə ilə Azərbaycana qarşı çıxması, Zəngəzur dəhlizini özünə təhdid hesab etməsi, İran adlanan yerin dağılmaqda olması və bütün əhalinin molla rejimi ilə mübarizə aparması, Güney Azərbaycanın öz müstəqilliyi uğrunda mübarizə aparması və s. məsələləri danışmışdır.
Sayın Əjdər bəyin çıxışının videosuna buradan baxa bilərsiniz: