GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Diaspora Komitəsinin yaranmasının 24-cü ildönümü ilə bağlı keçirilən iki tədbirə qatılıb.
Tədbirlərdə çıxış edən Əjdər bəy Tağızadə başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradovu təbrik etmişdir.
Sayın Əjdər bəy Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarının təşkilatlandırılması istiqamətində dünyanın 70-dən çox ölkəsində fəaliyyətini və Azərbaycan diaspor təşkilatları yaratdığını, Azərbaycan evlərini açdığını və çoxsaylı uğurlu tədbirlər həyata keçirdiyini bildirib.