GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Media Turk TV”-də “Ukraynadan dəhşətli hücum – Rusiyaya ardıcıl zərbələr endirilir” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cumhuriyyətini qurması, rus işğalçıları Azərbaycanı işğal etsələr də Azərbaycan Xalq Cumhuriyyətini tam məhv edə bilməməsi, Azərbaycan Xalq Cumhuriyyətinin yenidən bərpa edilməsi, Rusiya və İranın Azərbaycana qarşı düşmən münasibətinin kəskinləşməsi, Zəngəzuru ruslar Azərbaycandan qanunsuz olaraq ayırıb ermənilərə verməsi və s. məsələlərdən danışmışdır.
Sayın Əjdər bəyin çıxışının videosuna baxa bilərsiniz: