GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə “Reaksiya TV”-də “Pezeşkiandan ana dilində təhsillə bağlı yeni qərar” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında Pezeşkianın hələ and içmə mərasimindən sonra işə başalayacağı, İranda sistemində Pezeşkianın ciddi təsir göstərə bilməyəcəyi, Pezeşkianın 45 ildə zülm və ayrı-seçkiliyə qarşı heç bir etiraz etməməsi, indi də edamlara və zülmə qarşı heç bir tədbir görə bilməməsi, rejimin zülm və cinayətlərinə şərik olması, molla rejimin Pezeşkianı oyuna çəkib istifadə etməsi və s. məsələləri danışmışdır.
Sayın Əjdər bəyin çıxışının videosuna buradan baxa bilərsiniz: