Bazar ertəsi , Oktyabr 26 2026
azfa
Qaynar xəbər

GADTB-nin Abbas bəy Lisani və digər fəalların Evin zindanının qarşısında həbs edilməsi ilə bağlı bildirişi

GADTB: Güney Azərbaycanda Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas bəy Lisani, milli hərəkatın tanınmış digər milli fəalları Əli bəy Xeyrcu, Yusif bəy Kari və Behzad bəy Dəşti ilə birlikdə molla rejimin qətl, cinayət və işgəncə mərkəzi olan Evin zindanında ağır həbs şəraitində aclıq aksiyası keçirən Azərbaycan Milli Hərəkatının fəallarına dəstək olmaq məqsədilə bir başa cinayət mərkəzinin üstünə getmələri və vəhşicəsinə cinayətkar molla rejimin qüvvələri tərəfindən döyülərək həbs edilmələri Azərbaycan Milli Hərəkatında bütün düşmən fitnəkarlığına baxmayaraq birlik və fədakarlığın necə yüksək səviyyədə olduğunu nümayiş etdirdi.

Özəlliklə bir sıra qüvvələrin milli hərəkatda ayrılıq və qruplaşma yaratmağa çalışdığı bir vaxtda qətlgahın, həbs və işgəncənin üstünə getməsi xüsusi əhəmiyyət kəsb edir.

Cinayətkar və irqçi fars-molla rejimi haqlarını tapdadığı aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbusların haqlı tələblərini yerinə yerməməklə, həmçinin onlara dəstək olan tanınmış azərbaycanlı milli fəalları da yırtıcı məmurları vasitəsilə həbs edib.

Sözsüz ki, irqçi fars-molla rejimin bu yırtıcılığı Azərbaycan Türk Millətini öz müqəddəs yolundan döndərə bilməyəcək və gec-tez Azərbaycanın qeyrətli övladlarının mübarizəsi öz nəticəsini verəcək.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) aclıq aksiya keçirən azərbaycanlı siyasi məhbuslara, eləcə də onlara dəstək olan Abbas bəyə və digər azərbaycanlı fəallara azadlıq tələb eməklə yanaşı, irqçi fars-molla rejimin Azərbaycan Türk Millətinin sivil mübarizəsini vəhşiliklə yatırma cəhdini pisləyir. Sözsüz ki, molla rejimin bu vəhşiliyi dağılmaqda olan rejimə kömək olmayacaq.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Qaşqayların ənənəvi geyimləri Türkiyədə keçirilən beynəlxalq konfransda Türk dünyasının tarixi kimliyinin və mədəni irsinin bir hissəsi kimi təqdim olunub

GADTB: Qaşqay türkü olan tədqiqatçı Altay Qaşqay Türkiyədə keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış …

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

GADTB: Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb. Mətbuatda tatılan məktubun mətnini təqdim …