Bazar ertəsi , Dekabr 4 2023
azfa

GADTB-nin Azərbaycan Ordusunun yeni qələbəsi münasibətilə təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Ordusunun 24 saat müddətinə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində saxladığı erməni terrorçulara qarşı anti-terror əməliyyatında möhtəşəm qələbə qazanıb. Artıq erməni terrorçu dəstələri Azərbaycan Ordusuna təslim olub.

Beləliklə Azərbaycan Dəmir Yumruqla öz ərazi bütövlüyünü bir daha möhkəmləndirib və regionda əmin-amanlığı, sülhü və təhlükəsizliyi pozan erməni terrorçularını zərərsizləşdirdi.

Güney Azərbaycan Demokratik Türk Birliyi bu mööhtəşəm qələbə münasibətilə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi, Azərbaycan dövləti və millətini, eləcə də Azərbaycan Ordusunu təbrik edir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Həbs edilən azərbaycanlı reper nəhayət ailəsi ilə telefon əlaqəsi saxlaya bilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı reper nəhayət …

Güney Azərbaycanda reperlər azərbaycanlı məhbuslara dəstək aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda reperlər azərbaycanlı məhbuslara dəstək aksiyası keçiriblər. …