Şənbə , Oktyabr 1 2022
azfa

GADTB-nin İranın Azərbaycan Prezidenti və Azərbaycana qarşı təxribatı barədə bildirişi

GADTB: İranın irqçi fars rejimi Güney Azərbaycanda o taylı- bu taylı Azərbaycana və Azərbaycan Prezidenti cənab İlham Əliyevə qarşı təxribatı get-gedə artmaqdadır. Azərbaycanın güclənib öz ərazilərini işğaldan azad etməsi daim Azərbaycana qarşı düşmən münasibəti bəsləyən İranın irqçi fars rejimini özündən çıxarıb və artıq irqçi farslar öz düşmənçiliyini gizlədə bilməyib, açıq şəkildə o taylı- bu taylı Azərbaycana qarşı düşmənçiliyə başlayıblar. Xüsusilə son günlər İran dövlətinə bağlı qəzet və informasiya vasitələri Azərbaycan dövlətçiliyi, suverenliyi və Azərbaycanın ərazi bütovlüyü ilə yanaşı Azərbaycan Prezidentini hədəf alıblar.

İran dövlətinə bağlı müxtəlif qəzet və saytlar öz xəstə təfəkkürləri ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevə qarşı böhtan dolu yazılar dərc etməklə Azərbaycan Prezidentinə hörmətsizlik edib karikaturalar çap edirlər. Bu isə o taylı- bu taylı bütöv Azərbaycana qarşı hörmətsizlikdir. Onsuz da İranın irqçi və işğalçı fars rejimi Azərbaycan Respublikasına düşmən olduğu qədər Güney Azərbaycana da düşməndir və onun üçün Arazın quzeyi və güneyi fərq etmir. Təsadüfi deyildir ki, elə Azərbaycan Prezidentinə hörmətsizlik etdikləri anlarda yenicə əməliyyat olunan Abbas bəy Lisani İranın irqçi fars rejiminin prokurorunun əmri ilə hətta özlərinin Tibbi Ekspertizasının rəyinə məhəl qoymadan həbsxanaya atılıb.

İranın Araz çayını çirkləndirib ekoloji fəlakətə səbəb olan Ermənistanın bu əməllərinə göz yumması, Ermənistanla birlikdə Azərbaycanın 30 il işğal dövründə işğal olunmuş ərazilərini talayıb xarabalığa çevirməsi, Güney Azərbaycanın yeraltı-yerüstü sərvətlərini müstəmləkəçi kimi talaması, Urmiya gölünü qurutmaqla bütün Güney Azərbaycanı xarabalığa çevirməsi İranın o taylı- bu taylı Azərbaycana olan münasibətinin açıq göstəricisidir. Eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, eləcə də Azərbaycan Prezidentinin böhtanlar və karikayturalarla hədəf alınması İranın irqçi fars rejiminin Güney Azərbaycanda Azərbaycana qarşı elan olunmamış bir savaş açdığını göstərir.

Azərbaycan Respublikası və Azərbaycan Prezidentinə qarşı İranın fars-molla rejiminin bu ədəbsizliyi təkcə o taylı- bu taylı Azərbaycana yox, bütün Türk Dünyasına qarşı düşmənçilikdir və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) irqçi fars-molla rejiminin bu ədəbsizliyi və iyrənc hərəkətlərini kəskin şəkildə qınayır və bunların Azərbaycan Türk Milləti tərəfindən cavabsız qalmayacağını bildirir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta dövlət rəsmilərilə birgə Avstraliya İslam Birliyi Federasiyasının tədbirinə qatıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk …

Təbriz etirazçılar milli şüarlar səsləndirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər tezdən Güney Azərbaycanın Təbriz, Zəncan, …