Bazar , Oktyabr 18 2026
azfa

İsrail Suriyaya son hücumunda İran istehsalı olan mindən çox raketi məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, İsrail qırıcıları ölkənin Masyaf şəhərinə son hücumu zamanı İran İnqilabının Keşikçiləri Korpusu (SEPAH) tərəfindən hazırlanmış mindən çox raketi məhv ediblər. Bu raketlər Suriyanın tədqiqat mərkəzlərindən birində saxlanılırdı.

27 avqustda şənbə günü dərc edilən hesabatda sözügedən anbarın “Suriya Elmi Tədqiqat və Tədqiqatlar Mərkəzi” (SSRC) kompleksində yerləşdiyi və yer-yer tipli minlərlə orta mənzilli raketin SEPAH-ın “peşəkar zabitlərinin” nəzarəti altında yığılaraq saxlanıldığı bildirilir.

Suriya İnsan Haqları Müşahidə Qrupu bilgili qaynaqlara istinadən sözügedən raketlərin bir il öncədən Masyaf şəhərinin Əl-Zəvi bölgəsindəki anbarda saxlandığını vurğulayıb.

Müşahidə qrupunun məlumatında hücum zamanı Suriya ordusunun yüksək rütbəli zabitinin öldürüldüyü bildirilsə də, İran hərbçilərinin itkiləri barədə açıqlama verilməyib.

Bu, 2022-ci ildə İsrailin SEPAH-a bağlı olan və ya Suriya-İran birgə hərbi mərkəzləri hesab edilən hədəflərə sayca 21-ci hücumu sayılır.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …