Cümə axşamı , Avqust 18 2022
azfa

GADTB-nin İranın işğalçı fars rejiminin Urmiya gölünün qurudulmasına qarşı keçirilən dinc etirazları yatırması ilə bağlı bildirişi

GADTB: Güney Azərbaycanı müstəmləkə edib, yerüstü və yeraltı sərvətlərini talayıb fars bölgələrinə daşıyan irqçi fars-molla rejimi bununla yetinməyib Azərbaycanı tamamilə məhv etmək üçün Urmiya gölünü qəsdən qurudur. Bu da haqlı olaraq təkcə Azərbaycan Türk Millətinin deyil, bütün ətraf mühit fəalları və haqq-ədalət tərəfdarı olan insanların etirazı ilə qarşılaşmışdır.

Güney Azərbaycan şəhərlərində də Azərbaycan Türk Millətinin fəalları sırf gölün qurtarılması və ekoloji fəlakətin baş verməsinin qarşısının alınması kimi müqəddəs tələblə dinc aksiya təyin edib və küçələrə axışdılar. Lakin işğalçı və müstəmləkəçi İran rejimi iyulun 16-da Güney Azərbaycan şəhərlərində sırf ekoloji tələb olan Urmiya gölünün qurtarılması tələbi ilə adi dinc aksiyaya qatılmaq istəyən Azərbaycan türklərinə vəhşicəsinə divan tutdu. Nəticədə Urmiya, Təbriz, Qoşaçay, Sulduz və s. şəhərlərdə onlarla Azərbaycan türkü həbs edildi.

İrqçi fars-molla rejiminin bu yanaşması göstərdi ki, Azərbaycanı müstəmləkə etmiş fars rejimi Azərbaycanla bağlı hətta ekoloji problemin gündəmə gətirilməsinə də dözüm sərgiləyə bilmir. Bu isə məntiqi olaraq bu rejimin təkcə Azərbaycanın özü və millətinə deyil, Azərbaycana aid təbiətə də qanlı düşmən olduğunu sübut edir.

Sözsüz ki, belə yanaşma və düşüncə tərzinə malik olan bir işğalçı və müstəmləkəçi rejimlə heç nədə kompiromisin əldə edilməsi təsəvvürə belə sığmır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bu reallıqları nəzərə alaraq Güney Azərbaycanın bütün problemlər və məhv olmaqdan yeganə qurtulma yolunun müstəqillik olduğunu düşünür və bu istiqamətdə Azərbaycan Türk Millətini birliyə çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

İran diplomatı Azərbaycan Respublikasının işğalını İran strateji məqsədi olduğuna etiraf etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda müxtəlif vəzifələrdə işləmiş İran diplomatı Əbülfəz Zöhrəvənd …

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim …