Şənbə , Aprel 27 2024
azfa

GADTB-nin Savalanda kürd terror qruplaşmaları ilə İranın Azərbaycana qarşı təxribatı barədə bildirişi

GADTB: Kürd terror təşkilatlarının tərəfdarlarının İranın irqçi fars rejiminin himayəsi ilə turist adı altında Azərbaycanın Savalan dağına gətirilib və burada saxta Kürdüstan bayrağı açması başqa güclərin əlində maşaya çevrilən kürdlərlə işğalçı fars-molla rejiminin Azərbaycana qarşı növbəti təxribatıdır. Azərbaycanın qərb bölgəsində erməni və aysorların başqa güclərin əlində alət olub, Azərbaycan Türk Millətinin başına faciələr gətirməklə yanaşı sonda əslində özlərinə ən böyük zərbəni vurmağının canlı şahidi olan kürdlər o hadisələrdən ibrət dərsi almayıb, hətta günümüzdə də Azərbaycan Türk Millətinə qarşı irqçi və işğalçı fars rejimin əlində alətə çevrilirlər. Bu isə Azərbaycana başağrısına çevrilməkdən çox şübhəsiz mühacir kürdlərə böyük bədbəxtçilik gətirəcək. Bu gün mühacir kürdlərin başqa zülm və işğala məruz qalmış millətlər, o cümlədən Azərbaycan Türk Mİlləti ilə birlikdə işğalçı fars rejiminə qarşı mübarizədə birləşmək yerinə, işğala məruz qalmış Azərbaycan türkünə qarşı işğalçının əlində alət çevrilməsi artıq gün kimi aydındır. Bu isə şüursuzluğun və satqınlığın son həddi deməkdir. 

Azərbaycan Türk Milləti və millətimizin fəalları çoxdan bu mühacir kürdlərin təxribatının mahiyyətini başa düşüb və dəfələrlə kürdlərə dost kimi yanaşmaqla yanlış yolda olduqlarını onlara başa salmağa çalışmışdır. Lakin ermənilər kimi hətta öz düşmənlərinin əlində alətə çevrilmək sankı kürdlərin qanına hopub. Ona görə də Azərbaycan Türk Millətinin fəalları haqlı olaraq daim ayıq-sayıq olub və irqçi fars rejimlə terrorçu kürdlərin təxribatlarını dayandırmağa çalışır. Savaalan dağında da kürdlərin turist adı ilə gətirilib saxta Kürdüstan bayrağı açmaları haqlı olaraq dərhal Azərbaycan Türk Milləti fəallarının kəskin etirazı ilə qarşılaşıb və müqəddəs dağlarımızın terror bayrağı ilə kirlənməsinə icazə verilməmişdir. 

GÜney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) oyaq millətimə və Azərbaycan Milli Hərəkatının fəallarına səslənərək bir daha kürd terrorizmi ilə irqçi fars-molla rejiminin Azərbaycana qarşı birləşdiyini diqqətə çatdırır. Azərbaycan Milli Hərəkatı fəalları kürd terrorizmi ilə irqçi fars-molla rejiminin Azərbaycana qarşı hər an dəhşətli təxribatlar törədəcəklərinə hazır olmalı və lazımi cavabı yerində verməklə irqçi fars-molla rejimi və onun əlində maşaya çevrilən terrorçuların oyununu pozmalıdır. 

Əjdər Tağızadə  

GÜney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı 

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …