GADTB-nin sayın Abbas Lisaninin müvəqqəti azadlığa çıxması münasibətilə bildirişi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın mübariz oğlu, azərbaycanlı siyasi məhbus Abbas Lisani üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra 13 fevralda 6 ay müddətinə tibbi məzuniyyətə buraxılmışdı. Azərbaycanlı siyasi məhbusu müayinə edən Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun bel sütununda ciddi problemlərin olduğunu və uzun müddətli müalicəyə ehtiyacı olduğunu bildiriblər.

İranın şovinist və irticaçı molla rejiminin öz hüquqları və azadlığı uğrunda haqlı mübarizə aparan oğulları və o cümlədən sayın Abbas bəy Lisanini ədalətsizcəsinə həbs edib, onun sağlığına da ağır zərbə vurmuşdur.

Şovinist və irticaçı fars-molla rejimi Azərbaycanın güneyində- Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Qəzvin, Kərəc və başqa şəhərlərimizdə Azərbaycan Türk Millətinin dili və milli hüquqları uğrunda fəaliyyət göstərən yüzlərlə fəalımızı həbs edib, onları təzyiq və işgəncə altında saxlayır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) hazırda Abbas bəy Lisaninin azadlıqda olmasına sevinib və onun fars-molla rejiminin zülmündən qurtarıb tam azadlığa qovuşmasını arzu edir. GADTB İran rejimi tərəfindən represiyalara məruz qalmış millətimizin  bütün mübariz insanlarının yanındadır və onları dəstəkləyir. Bu mübariz və ədalət uğrunda fəliyyət göstərən milli fəalların fədakarlıqlarını görməzdən gəlmək haqqsızlıq olardı. İrqçi fars-molla rejiminin zülmünə məruz qalmış mübarizlərmizin hüquqlarını müdafiə etməyi Azərbaycan Milli Hərəkatının əsas funksiyalarından biri  hesab edirik.

Əjdər Tağızadə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …