Bazar ertəsi , Noyabr 30 2026
azfa

Avropa Parlamentinin üzvü: Edam hökmü ilə bağlı İran əleyhinə qətnamə qəbul ediləcək

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Avropa Parlamentinin üzvü David Leqa edam hökmləri ilə bağlı olaraq İran İslam Cümhuriyyəti əleyhinə tezliklə qətnamə qəbul ediləcəyini deyib.

Bu barədə o fevralın 14-də “Twitter” hesabındakı paylaşımında məlumat verib.

Onun bildirdiyinə görə, Avropa Parlamenti onun və Avropa Xalq Partiyasının təşəbbüsü ilə təklif edilən sözügedən qətnaməni bu həftə ərzində qəbul edəcək.

Sonda Leqa İran rejiminin hər il yüzlərlə günahsız insanı edam etdiyini, habelə isveçli həkim Cəlalinin hökumət tərəfindən işgəncələrlə etiraf alındıqdan sonra edam olunmasını gözlədiyi qeyd edib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …