Cümə axşamı , Aprel 18 2024
azfa

GADTB-nin Sulduzda kürd terror təşkilatlarının fitnəkarlığı barədə bildirişi

GADTB: İran rejiminin İraqın ərazi bütövlüyünə qəsd etməklə İraq bayrağı yerinə İraq Kürd Muxtariyyətinin bayrağını Tehranda dalğalandırıb, hər dəfə olduğu kimi bu dəfə də kürd terror təşkilatlarına yaşıl işıq yandırmasından sonra, Güney Azərbaycanın Sulduz şəhərində terror təşkilatı olan İran Kürdüstanı Demokrat Partiyasının terrorçu üzvünün şəxsi ixtilaf zəminində qətlə yetirilməsi İran molla rejimi və irqçi-faşist fars opozisionunun əlində alətə çevrilmiş İran Kürdüstanı Demokrat Partiyasının Azərbaycana qarşı fitnəkarlıq bəhanəsinə çevrilmişdir.

Yalandan qeyri-fars millətlərin birliyindən dəm vuran terror təşkilatı olan İran Kürdüstanı Demokrat Partiyası şəxsi zəmində qətlə yetirilən üzvünün qətlini bəhanə edərək mühacir və terrorçu kürdləri Azərbaycanı qəsb etməyə çağırmaqla öz riyakar mahiyyətini bir daha ifşa etdi.

Artıq Azərbaycan Türk Milləti çoxdan kürd terror təşkilatlarının irqçi fars molla rejiminin siyasətlərini, o cümlədən Azərbaycanı məhv etmə planlarının icrası üçün alətə çevrildiyini başa düşüb və onun üçün də heç bir şübhə etmədən dərhal Sulduzda terrorçulara layiqli cavab verildi. Kürd terror təşkilatları, o cümlədən İran Kürdüstanı Demokrat Partiyası molla rejiminin İslam İnqilabında olduğu kimi yenidən Azərbaycan şəhərlərini işğal planı ilə Azərbaycan Türk Millətinin səbrini sınamasınlar.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) kürd terror təşkilatları, o cümlədən İran Kürdüstanı Demokrat Partiyasına Azərbaycana qarşı hər növ fitnəkarlıqla bağlı xəbərdarlıq etməklə bildirir ki, artıq Azərbaycan Türk Milləti yenidən kürdlərin Azərbaycana qarşı törətdiyi Simitqo qətliamı, 1979-cu il Sulduz soyqırımı və s. fitnəkarlıqlara dözməyəcək. Kürdlər bilməlidirlər ki, irqçi və müstəmləkəçi fars rejiminin əlindən azad olmağın yolu, zülmə məruz qalmış Azərbaycan türk millətinin vətəninə göz dikərək fars müstəmləkəçilərinin əlində alət olmaqdan keçmir.  

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin quru olduğunu göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin …

Sayın Mikayil bəy Oyta SEPAH terror təşkilatı ilə bağlı Avstralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …