GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, GADTB və GAİB başqanı sayın Əjdər Tağızadə İran adlanan yerin parçalanacağı və Azərbaycanın Milli Hərəkatı fəallarının, eləcə də Güney Azərbaycan Türk Cümhuriyyətinin yaranma zərurəti barədə öz mövqeyini hələ daha əvvəllər qeyd edib və yenə ortaya qoymaqdadır.
Sayın Əjdər bəy Tağızadə çıxışının bir hissəsində deyib: “Yaxın zamanlarda İran adlanan yer parçalanacaq. Güney Azərbaycan Türk Cümhuriyyəti yaranacaq. Biz bu millətin, bu gəncliyin iradəsinə, gücünə, türklüyünə güvənərək bu rejimin, fars şovinist dövlətinin, bugünkü onun təmsilçisi üzdəniraq İran İslam Respublikası dövlətinin ağzına vurmalıyıq. Xaricdə olan hər bir insan bir türk kimi ayağa qalxaraq, daxili xaricdə bir türk kimi təmsil etməliyik, bir türk kimi yaşayıb, bir qurd kimi döyüşməliyik…”